Bakıya gələn nazir ərindən BOŞANIR
Dünya
889
22 Nov 2024 | 21:44

Bakıya gələn nazir ərindən BOŞANIR

Almaniyanın xarici işlər naziri Annalena Berbok ərindən boşanır.
 
Modern.az-ın məlumatına görə, bu barədə “Bild” qəzeti yazıb.
 
Ötən gün Bakıya səfər edən nazir 17 illik evliliyindən sonra PR meneceri işləyən Daniel Holefleişdən boşanır. 
 
"Bir müddət əvvəl, uzun bir proses nəticəsində birlikdə qərar verdik ki, artıq cütlük olmayacağıq", - birgə açıqlamada qeyd ediblər.
 
Onlar nikahın pozulmasının səbəblərini açıqlamayıblar.
 
Alman nazir və həyat yoldaşı təxminən 20 il əvvəl Yaşıllar Partiyasında işləyərkən tanış olublar. Onların 9 və 13 yaşlı iki qızı var.
Link kopyalandı!
Son xəbərlər