"İsrailə qarşı dayanmaq üçün ən səmərəli üsul "Müqavimət Oxu"dur..."
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Tehranda Suriya XİN rəhbəri Bəssam əs-Sabahla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə İranın "Təsnim" informasiya agentliyi məlumat yayıb.
Görüş zamanı İran prezidenti deyib: "Müsəlman ölkələri arasında birlik və həmrəylik ABŞ və İsrailin qurduğu sui-qəsd planlarını pozacaq".
"İran öz dostlarına dəstək verməkdən əl çəkməyəcək. Biz hesab edirik ki, İslam ölkələri arasında birlik və həmrəylik bütün müsəlmanlara tərəqqi gətirə bilər", - o, qeyd edib və əlavə edib ki, İslam ölkələri yekdil oldaydı, İsrail İslam ölkələrinə qarşı cinayətlər törədə bilməzdi".
Pezeşkian vurğulayıb ki, İranla Suriya arasında münasibətlər diplomatik münasibətlər çərçivəsindən kənara çıxır və umumi əqidə, habelə mədəni və tarixi birliyə əsaslanır. Onun sözlərinə görə, İran qardaş və dost ölkə olan Suriya ilə əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə hazırdır.
"Biz əməkdaşlığı dərinləşdirməyə və bütün İslam ölkələri ilə qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlərimizi yeni səviyyəyə çıxarmağa hazırıq və bu yanaşma bizim Suriya ilə münasibətlərimizdə xüsusilə aydın şəkildə təzahür edir", - Pezeşkian bəyan edib.
Bəssam əs-Sabah öz tərəfindən bəyan edib ki, Tehran və Dəməşqin münasibətləri daima genişlənir. Suriya iqtisadi, ticarət və mədəni sahələrdə iki ölkə arasında gözəl siyasi münasibətlər əsasında yeni perspektivləri müəyyən etmək niyyətindədir.
"İsrail və ABŞ-a qarşı dayanmaq üçün ən səmərəli üsul "Müqavimət Oxudur". Biz hesab edirik ki, bununla bağlı istənilən zəiflik, qətiyyətsizlik və ya geriyə çəkilmə bizi zəiflədəcək", - Sabbah deyib və vurğulayıb ki, onun ölkəsi heç vaxt "Müqavimət Oxu"ndan ayrılmayacaq.
İran Suriyanı "Müqavimət Oxu"nun dayağı qismində görür", - bunu israilli jurnalist, Qüds Yəhudi Universitetində tarix və coğrafiya üzrə fəlsəfə doktoru Set Frantsman hesab edir.
"İran "Müqavimət Oxu"nun tərkib hissəsi qalması üçün Suriya rejimini dəstəkləyir. Bu məqsəd İsrail Livanda "Hizbullah"a qarşı durduqca və İrandan daxil olan silaha və maliyyəyə bu qruplaşmanın çıxışının qarşısını almağa can atdıqca əlavə əhəmiyyət kəsb edir", - Frantsman "Jerusalem Post" qəzetində dərc edilən məqaləsində yazıb.
Ekspert iddia edir ki, Suriya İranın regionda genişlənən təsirinin "təməl daşıdır". Suriya ilə ittifaqdan başqa, İran İraqla sıx əməkdaşlıq edir, Livanda "'Hizbullah"a və Yəmən husilərinə dəstək verir.
"Bu tərəfdaşlıq birlikdə bütün region boyu müttəfiqlər qövsünü yaradır. Bunların arasında Suriya unikal vəziyyətdədir. İranın öz proksilərinə söykənən İraq, Yəmən və Livandan fəqrli olaraq, Suriya rejimi birbaşa Tehranla bağlıdır. Nəticədə Suriya "Hizbullah"a silah tədarükü üçün əlaqələndirici zəncirdir, həmçinin İran tərəfindən narkotik ticarəti üçün istifadə edilir", - Frantsman qeyd edib.
"Bu arada isə Rusiya həmçinin Suriyada xeyli mövcudluğunu saxlayır, bu da İran və Rusiya arasında Dəməşqdə qarşılıqlı dinamik əlaqə yaradır", - ekspert əlavə edib.