Netanyahu və Qallantın həbsinə ORDER VERİLDİ
Dünya
887
21 Nov 2024 | 17:09

Netanyahu və Qallantın həbsinə ORDER VERİLDİ

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib.
 
Bu barədə UNİAN məlumat yayıb.
 
Orderin verilməsinin səbəbi Qəzzadakı hərbi cinayətlərdir.
 
BCM-in açıqlamasına görə, hər iki şəxs Qazadakı mülki əhalini həyati vacib resurslardan – ərzaq, su, dərman və tibbi avadanlıqlar, eləcə də yanacaq və elektrik enerjisindən məhrum edib. 
 
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin həbsinə order verib.
Link kopyalandı!
Son xəbərlər