Bizi sosial şəbəkələrdən izləyin:
"Raket zərbəsinin endirildiyi Kursk vilayətində Kreml rəhbəri Putinin yeraltı komanda məntəqəsində KXDR generallarının olduğu deyilir..."
Ukrayna ilk dəfə olaraq Rusiya ərazisinə Böyük Britaniyanın "Storm Shadow" raketlərini buraxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Qərb məmuruna istinadən məlumat yayıb.
Rusiya hakimiyyəti bu məlumatı hələlik şərh etməyib. Bundan öncə "The Times" nəşrinin mənbələri Bayden administrasiyasının Ukraynanın "Storm Shadow" raketlərindən Rusiyanın dərinliklərinə zərbələrə qadağanı götürüdüyü barədə məlumat verib.
Məlumata görə, bu qərar Şimali Koreya qoşunlarının Ukraynada iştirakına cavab olaraq verilib. Böyük Britniya hökuməti bu addımı münaqişənin eskalasiyası kimi dəyərləndirib.
"Bloomberg" məlumat verib ki, bu raketlərin qalıqları Kursk vilayətində tapılıb, iki raket isə Yeysk üzərində ələ keçirilib.
"Defence Express" nəşri dəqiqləşdirib ki, "Storm Shadow" raketləri ilə Kursk vilayətində Kreml rəhbəri Vladimir Putinin yeraltı komanda məntəqəsi olan obyektinə endirilə bilərdi. Orada hücum anında KXDR generalları olub.
Rusiyanın "Telegram-kanal"larının dərc etdiyi bir neçə videoda hazırda sanatoriya olan tarixi Baryatinsk imarəti yaxınlığında raket atəşi əks etdirilib. Deyilənlərə görə, orada Rusiya Silahlı Qüvvələrinin komanda məntəqəsi yerlışir.
Ukraynaya "Storm Shadow" raketlərilə Rusiya ərazisinə zərbələrə icazə verilməsi məsələsi Braziliyada keçirilən G20 liderlərinin sammitində dominantlıq təşkil edib. Buna baxmayaraq, Böyük Britaniya baş naziri Kir Starmer açıq çəkildə buna dəstək verməyib.
"The Times" nəşri yazıb ki, "Storm Shadow" raketlərindən istifadə edilməsi qərarı Böyük Britaniya tərəfindən müstəqil şəkildə verilə bilməzdi, çünki raketlər üçün naviqasiya məlumatlarını ABŞ təqdim edir.