İsrail hava qüvvələri Suriyanın Palmira şəhərində bir sıra binalara zərbə endirib.

Bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Hücum nəticəsində 36 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb. Obyektlərə və ətraf əraziyə xeyli maddi ziyan dəyib.