Acun Ilıcalı da istintaqa cəlb olundu
Dünya
304
16:57, Bu gün

Acun Ilıcalı da istintaqa cəlb olundu

Türkiyənin tanınmış aparıcısı və media maqnatı Acun Ilıcalı "qanunsuz mərc reklamı" iddialarına görə İstanbul Prokurorluğu tərəfindən başladılan istintaqa cəlb olunub.
 
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
 
Bildirilir ki, prokurorluğun Kibertəhlükəsizlik Cinayətləri Araşdırma Bürosu tərəfindən Acun Ilıcalı, "TV8" kanalı və "Exxen" rəqəmsal platformasının rəhbərləri barəsində "qanunsuz mərcə təşviq və reklam" ittihamı ilə istintaq başladılıb.
 
Məlumata görə, istintaq UEFA Millətlər Liqası oyunlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlıdır.
 
Qeyd edək ki, Türkiyə-Monteneqro matçı zamanı stadionun reklam lövhələrində qanunsuz onlayn mərc saytlarının reklamlarının yer alması böyük qalmaqala səbəb olub.
 
Ilıcalı bu iddialara cavab olaraq açıqlama yayıb. O bildirib ki, xaricdə keçirilən oyunların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur:
 
"İsrarla başa düşməyənlər və başa düşmək istəməyənlər üçün bir daha deyirəm. Xaricdə oynanılan oyunların reklam lövhələrinin satışı ev sahibi olan ölkənin federasiyasına aiddir. Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aid olduğu kimi, Monteneqro-Türkiyə oyununun meydandakı reklam lövhələrinin satışını da Monteneqro Futbol Federasiyası həyata keçirib. "TV8"in bu hadisənin hər hansı bir tərəfi ilə əlaqəsi və ya bağlılığı yoxdur", - deyə o bildirib.
 
Xatırladaq ki, ötən həftə Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı aralarında məşhur müğənni Serdar Ortaç və tanınmış teleaparıcı Mehmet Ali Erbil olmaqla ümumilikdə 23 nəfər barəsində istintaq başlanılıb. Adıçəkilən məşhurlar ev həbsinə məhkum olunublar.
 
Link kopyalandı!
Son xəbərlər