Məşhur beysbolçunun
243
15:38, Bu gün

Məşhur beysbolçunun "Lamborghini"sini elektron poçtla oğurladılar

ABŞ-nin məşhur beysbolçusu Kris Brayant qeyri-adi oğurluğun qurbanı olub.

Milli.Az xəbər verir ki, o, "Lamborghini Huracan"ın Koloradodan Las-Veqasa daşınmasını sifariş edib, lakin avtomobil ünvana çatmayıb. Kris Bryantın boz 2023 Lamborghini Huracán Tecnica avtomobilini avtomobil nəqliyyatı şirkətinin sistemini sındıraraq və çatdırılma ünvanını dəyişdirərək oğurlayıblar.

Kolorado polisi hadisəni araşdırarkən belə qənaətə gəlib ki, nəqliyyat şirkəti biznes e-poçtunun qurbanı olub.

Bir həftə davam edən axtarışlardan sonra oğrular yaxalanıb.

Link kopyalandı!
Son xəbərlər