Rusiya hərbçiləri Çasov Yar şəhərində Ukrayna müdafiəsini yarıb və 1,5 km irəliləyərək şəhərin mərkəzində möhkəmləniblər.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərb ekspert Andrey Maroçko məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna hərbi komandanlığı Çasov Yarda vəziyyəti stabilləşdirməyə çalışır, lakin Kiyevin canlı qüvvə və texnikası çatışmır.