2 uşağını sobada bişirən anaya ömürlük həbs verildi
Dünya
320
03:18, Bu gün

2 uşağını sobada bişirən anaya ömürlük həbs verildi

ABŞ-da 1 və 2 yaşlı uşaqlarını sobaya ataraq öldürən Lamora Uilliams ömürlük həbs cəzasına məhkum edilib.

 
Moderator.az Lent.az -a istinadla xəbər verir ki, 2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi qeydə alınıb.
 
Hadisə Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.
Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib.
 
Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.
 
Məhkəmədə təqdim edilən dəlillər isə tam əksini sübuta yetirib. Belə ki, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırıdı üzə çıxıb.
 
2 uşağını sobaya ataraq öldürən və əvvəllər də 14 müxtəlif cinayətdə təqsirli bilinən qadın ömürlük həbs cəzasına məhkum edilib.
 
Link kopyalandı!
Son xəbərlər