Bizi sosial şəbəkələrdən izləyin:
Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından dörd hərbçisini geri çağırıb.
Bu barədə BMT Baş katibinin müavini Jan-Pyer Lakrua jurnalistlər üçün brifinqdə bildirib.
"Belə bir qərar qəbul etmək hər bir üzv dövlətin səlahiyyətindədir", - o, deyibş
Qeyd edək ki, Argentina donor ölkələr arasında sülhməramlı missiyadan hərbçilərini geri çağıran ilk ölkə olub. Bu qərar İsrailin Livandakı əməliyyatı fonunda qəbul edilib.