Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Federasiyasına daxil Saxa Respublikasında (Yakutiya) bir rus kişi həyat yoldaşının sevgilisindən xərac tələb etdiyinə görə cinayət işində müttəhim oldu.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə noyabrın 19-da Daxili İşlər Nazirliyinin Saxadakı yerli idarəsi özünün Telegram kanalında məlumat yayıb.
İstintaqın məlumatına görə, rotasiya (növbəli) əsasında işləyən kişi rəsmi həyat yoldaşının başqa kişi ilə görüşdüyünü öyrənib, rəqibinin telefon nömrəsini tapıb və təzminat olaraq bir milyon rubl vermədiyi təqdirdə onu öldürməklə hədələyib. Aralarında keçən danışıqda onun pulu belə tez tapa bilməyəcəyini anlayan aldadılmış ər rəqibinə məxsus “Toyota” markalı avtomobilin alqı-satqı müqaviləsini hazırlamağı təklif edib.
Görüş Mirnı şəhərində baş tutub və polis nəzarəti altında olub. Pul tələb edən şəxs maşını təhvil alan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İstintaq zamanı təqsirləndirilən şəxs barəsində yeri tərk etməmək barədə iltizam qətimkan tədbiri seçilib.