Netanyahu:
Dünya
251
18 Nov 2024 | 22:58

Netanyahu: "İsrail İranın nüvə proqramına zərbə vurub"

"İsrail İrana qarşı son zərbəsi zamanı ölkənin nüvə proqramının konkret komponentinə hücum edib".
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu parlamentin iclasında deyib.
 
"Bu, heç kimə sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub", - baş nazir bəyan edib. Netanyahu zərbənin hədəfinin hansı növ obyekt olduğunu açıqlamayıb.
 
Eyni zamanda, o qeyd edib ki, İsrail tərəfinin fikrincə, bu zərbə bütövlükdə İranın nüvə proqramının dayandırılmasına gətirib çıxarmayıb.
 
"Proqramın özü və onun aktivləşdirilməsi imkanları dayandırılmayıb, biz onun icrasını 10 il ləngitdik, lakin İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bilib", - baş nazir vurğulayıb.
 
Netanyahu, həmçinin deyib ki, İsrail İranın ballistik raket istehsal imkanlarına da ciddi zərbə vurub.(oxu.az)
Link kopyalandı!
Son xəbərlər