Rusiya Odessaya raket zərbəsi endirib, 10 nəfər həlak olub
Dünya
415
18 Nov 2024 | 22:36

Rusiya Odessaya raket zərbəsi endirib, 10 nəfər həlak olub

"Rusiya gerçəkdə onu maraqlandıran yalnız müharibə olduğunu göstərir..."
 
Rusiyanın Odessanın yaşayış rayonuna raket zərbələri nəticəsində çoxmənzilli yaşayış binası, universitet və inzibati bina zərər çəkib.
 
Moderator.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Bazar ertəsi, noyabrın 18-də Rusiya Odessanın yaşayış rayonlarının birinə raket zərbəsi endirib. Nəticədə dəqiqləşdirilmiş məlumata görə, 10 nəfər həlak olub
 
Onların arasında 7 polis nəfəri, bir tibb işçisi və iki yerli sakin var, Oleq Kiper "Telegram-kanal"ında yazıb. Daha 44 nəfər zərər çəkib, onların arasında dörd uşaq var, bu barədə Dövlət Fövqəladə Vəziyyəy Xidməti (DFVX) məlumat verib.
 
Kiperin məlumatına görə, raket zərbəsi yaşayış binasının park edilən yerinə endirilib, çoxmənzilli ev, universitet və inzibati bina zərər çəkib. Yerlərdə təcili xidmətlər işləyir.
 
Kiper vurğulayıb ki, bu zərbələr təsadüfi deyil, xüsusilə Qərb liderlərinin Putinlə "zəngləri və görüşlərindən" sonra nümayişkaranə xarakter daşıyır.
 
"Rusiya gerçəkdə onu maraqlandıran yalnız müharibə olduğunu göstərir. Bu siqnal dünyanın bütün guşələrində eşidilməlidir", - o, yazıb.
 
Öz növbəsində Odessa meri Gennadi Truxanov "Telegram-kanal"da yazıb ki, Rusiyanın zərbəsi "işgüzar fəalılığı ilə seçilən yaşayış binasına" yönəlib və "sadəcə, öz işləri dalınca gedən insanları öldürüb". 
 
Bundan öncə USQ Hava Qüvvələri xəbərdarlıq edib ki, rusiyalılar Odessa istiqamətində ballistik raket buraxıb.
 
Sumıya zərbə: 11 nəfər həlak olub
 
Bu ərəfədə axşam Rusiyanın Sumı şəhərinə zərbələri nəticəsində 11 nəfər həlak olub, daha 68 nəfər yaralanıb. Həlak olanlar arasında iki uşaq-9 yaşlı oğlan və 14 yaşlı qız uşağı, yaralılar arasında 10 uşaq var. 
 
Zərbə nəticəsində 9-mərtəbəli bina dağıdılıb. DFVX dağıdılmış evin dağıntıları altından 400 nəfərin təxliyə edildiyini təsdiq edib. 6 qonşu çoxmərtəbəli binada pəncərələr sınıb, dörd avtomobil sıradan çıxarılıb.
 
Gecədən keçəndən dərhal sonra Rusiya ordusu Sumıya daha bir raket zərbəsi endirib. Hücum nəticəsində şəhərdə elektrik kəsilib, bu barədə Sumı vilayəti hərbi administrasiyası məlumat verib.
Link kopyalandı!
Son xəbərlər