Sarayda oğurluq - Şahzadə Uilyam və ailəsi yatarkən qəsrə oğrular girdi
Dünya
561
17:14, Bu gün

Sarayda oğurluq - Şahzadə Uilyam və ailəsi yatarkən qəsrə oğrular girdi

Britaniya monarxlarının iqamətgahı olan İngiltərənin Vindzor qəsrinə gecə saatlarına oğrular daxil olub.
 
Moderator.az xəbər verir ki, Şahzadə Uilyam və ailəsi evlərində yatarkən qəsrə maskalı quldurlar daxil olub.
 
Gecə saatlarında 2 metrlik hasarın üstündən aşaraq təsərrüfat maşınlarını oğurlayan oğrular təhlükəsizlik darvazasını da sındıraraq qaçıblar. Hadisənin qaladakı silahlı polisin geri çəkildiyi bir vaxtda baş verdiyi bildirilib.
 
Oğruların bir müddətdir qəsri izlədikləri ehtimal olunur. Hadisə zamanı Kral Çarls və onun həyat yoldaşı Kraliça Kamilla sarayda olmayıb. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər