İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi
Dünya
480
10:35, Bu gün

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi

İranlı jurnalist və insan haqları müdafiəçisi Kiyanus Sandjari rejimə etiraz olaraq özünə qəsd edib.
 
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, intiharından əvvəl Sandjari siyasi məhbuslar Fatimə Sepəhri, Nəsrin Şəkarami, Tumaç Salehi və Arşam Rəzainin azadlığa buraxılmasını tələb edib. Bu şəxslər 2022-ci ildə Məhsa Əmininin ölümü ilə bağlı baş verən etirazlarda iştirak etdiklərinə görə həbs olunmuşdular.
 
Sandjari sosial mediada yayımladığı son mesajında bildirib:
"Heç kim fikrini ifadə etdiyinə görə həbs olunmamalıdır. Etiraz hər bir İran vətəndaşının haqqıdır. Bu tvitdən sonra həyatım sona çatacaq, lakin unutmayaq ki, biz ölümdən deyil, həyata olan sevgimizdən ölürük. Arzum budur ki, bir gün iranlılar əsarəti dəf edərək azad həyata oyansınlar."
 
Sandjari 1999-2007-ci illər arasında dəfələrlə hakimiyyəti tənqid etdiyinə görə həbs edilib. Daha sonra o, İrandan qaçaraq "Amerikanın Səsi" kanalında çalışıb. 2016-cı ildə isə valideynlərinin yanına qayıdaraq İranda yaşamağa başlamışdı.
 
Link kopyalandı!
Son xəbərlər