Xorvatiya Türkiyədən 95 milyona
Dünya
499
17 Nov 2024 | 23:34

Xorvatiya Türkiyədən 95 milyona "Bayraqdar" alır

Xorvatiya Türkiyədən “Bayraqdar TB2” pilotsuz təyyarələrinin partiyasını almağa hazırlaşır.
 
Məlumatı “Breaking Defence” yayıb.
 
Xorvatiyanın müdafiə nazirinin sözlərinə görə, ölkə tam paket üçün 95 milyon dollar ödəyəcək.
 
Kəşfiyyat üçün kameraları olan altı pilotsuz təyyarə və əsas silah dəsti ilə yanaşı, paketə idarəetmə mərkəzi, iki komanda və idarəetmə məntəqəsi, simulyator və ehtiyat hissələri də daxildir.
 
Beləliklə, bütün lazımi köməkçi sistemlərə malik bir “Bayraqdar” Xorvatiyaya təxminən 15,8 milyon dollara başa gələcək.
 
Ekspertlərin fikrincə, Xorvatiya dronlardan əsasən kəşfiyyat məqsədilə istifadə edəcək.
Link kopyalandı!
Son xəbərlər