Bizi sosial şəbəkələrdən izləyin:
İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük liman olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.
Bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - Cəlali bildirib.
Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.