Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan-İran arasındakı “Aqarak” sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanıb.
Yük maşınlarının sürücüləri Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətinin İran hakimiyyəti tərəfindən kəskin artırmaq qərarına qəzəbləniblər.
Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir.
Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.