"Rusiya son bir ildə təkcə Pokrovka istiqamətində beş mexanikləşdirilmiş diviziyasını itirib və cəmi 40 km irəliləyib, bu, dəhşətli nəticədir..."
Rusiya cəbhədə cüzi irəliləyişlər üçün böyük itkilər verir, bu, Kreml üçün yaxşı heç nə vəd etmir.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
Cəbhədə vəziyyətin Ukrayna üçün pis göründüyünə rəğmən, Rusiya üçün də, xüsusilə Rusiyanın itkilərinin ərazi nailliyyətləri ilə müqayisə etdikdə, təbliğatın təqdim etdiyi kimi heç də ümidverici deyil, CNN qeyd edir.
"Rusiyalılar hazırda cəbhə xəttində təşəbbüsə malikdir, onlar taktiki üstünlüklərindən uğurla istifadə edib və bu taktiki uğurlarını möhkəmləndirir. Rusiyalılar fəaliyyətdədir və ukraynalıları cavab verməyə vadar edir.
Bu, yaxşı deyil, çünki daima müdafiə olmaqla müharibəni uduzmaq olar. Sizi, sadəcə, küncə sıxışdırırlar, siz də pis variantlarından birini seçməli olursunuz", - bunu Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) Rusiya üzrə mütəxəssisi Corc Barros CNN-ə deyib.
Hazırda Ukraynanın cəbhədə bir neçə problemli sahələri var. Bunlardan biri Kupyansk rayonudur. Bu şəhər müharibədən öncə mühüm nəqliyyat qovşağı olub, hazırda isə onun rusiyalılar tərəfindən təkrar işğalı təhlükəsi var. Əgər bu, baş verərsə, o zaman Ukraynanın ikinci böyük şəhəri olan Xarkova əlavə təzyiq yaranacaq.
İkinci problemli sahə Pokrovkadan cənuba doğru 40 km aralıda yerləşən Kuraxovo şəhər rayonudur. Pokrovka da tez-tez cəbhənin bu istiqamətində həlledici logistika qovşağı adlandırılıb. Hələ yayda rusiyalıların qısa zamanda Pokrovkanı ələ keçirəcəyindən ehtiyat edilib, lakin bu, hələ də baş verməyib.
Barros qeyd edib ki, Pokrovka ətrafında vəziyyət, Rusiyanın asanlıqla irəlilədiyi görüntüsünə rəğmən, özünün açıq elan etdiyi məqsədlərinə nail olmaq iqtidarında olmadığının nümunələrindən yalnız biridir.
"Onlar Pokrovka şəhərini bu payız ələ keçirməyə cəhd göstərib, lakin bu operativ məqsədindən imtina edib və faktiki olaraq digər istiqamətlərdə hücuma başlayıb", - Barros deyib.
O, əlavə edib ki, bu, təkcə Rusiyanın resurslarının yetərli olmasının deyil, həm də Ukraynanın müdafiədə səylərinin nəticəsidir.
ISW-nin hesablamalarına görə, son bir ildə Pokrovka rayonunda Rusiya texnikasının təkcə vizual olaraq sübut edilən itkiləri beş mexanikləşdirilmiş diviziya üçün yetərlidir. Söhbət yüzlərlə tank və zirehli transportyorlardan gedir.
"İl ərzində beş diviziya üçün yetərli olan tank və digər zirehli transportyorlar itirməklə cəmi 40 km irəliləmək...Siz bunu 21-ci əsrin bütün digər böyük mexanikləşdirilmiş hücumları ilə, hətta ikinci dünya savaşının döyüşləri ilə müqayisə edə bilərsiniz. Bu, həqiqətən dəhşətli nəticədir", - Barros deyib.
Analitik əmindir ki, itkilərin bu tempi və Qərbin Ukraynaya dəstəyi davam edərsə, artıq bir il-ilyarımdan sonra rusiyalılar özlərinin müharibəni davam etdirmək iqtidarında olması üzərində düşünməli olacaq.
"İqtisadiyyat, Rusiyada kişilər qıtlığı və onların müharibə aparmaq üslubu üçün bu qədər texnika itkisi strateji resurslardır və cari tempin ilin sonunadək saxlanılacağı təqdirdə bunlar Kreml üçün ciddi problemlər yaradacaq", - Barros deyib.