Türkiyədə əməliyyat: Milyondan çox narkotik həb ələ keçirildi
1961
17 Nov 2024 | 14:09

Türkiyədə əməliyyat: Milyondan çox narkotik həb ələ keçirildi

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən Ambarlı Limanı və Öncüpınar Gömrük Qapısında həyata keçirilən əməliyyatlar zamanı 1 milyon 380 min "Captagon" həb ələ keçirilib.
 
Bu barədə "Haber Global" məlumat yayıb.
 
Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı 12 konteyner riskli olaraq qiymətləndirilib və ətraflı müayinədən keçirilib. Konteynerdə aparılan yoxlamalar zamanı, həmçinin 26 min 520 qarışdırıcı maşın aşkarlanıb.
 
Müsadirə edilən malların ümumi dəyərinin təxminən 120,5 milyon türk lirəsi olduğu müəyyən edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər