"Maskın etibarlılığı suallar doğurur və onun Putinlə təmasları ABŞ-ın təhlükəsizliyinə ziyan vura bilər..."
Amerikalı demokrat-senatorlar Cin Şahin və Cek Rid ABŞ Müdafiə və Ədliyyə nazirliklərinə biznesmen İlon Maskın Rusiya hakimiyyəti, o cümlədən prezident Vladimir Putinlə təmaslarını araşdırmağa çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Baş prokuror Merrik Harland və Pentaqonun baş müfəttişi Robert Storça göndərilən müvafiq məktubda senatorlar qeyd edib ki, Maskın "Space X" aerokosmik şirkətinin baş direktoru olaraq Pentaqon və ABŞ kəşfiyyat birliyinin milyardlarla müqavilələrinə çıxışı olub, ona görə də onun Putinlə təmasları ölkənin təhlükəsizliyinə ziyan vura bilər.
"ABŞ-ın bəlli düşməni ilə ABŞ hökumətindən maliyyələşmə çərçivəsində milyardlarla dolların alıcısı olan cənab Mask arasında münasibətlər Maskın hökumətin podratçısı və məxfi məlumatlara çıxışı olan şəxs kimi etibarlılığı baxımından ciddi suallar doğurur", - senatorlar vurğulayıb.
Xatırladaq ki, oktyabrın 25-də "The Wall Street Journal" nəşri məlumat verib ki, Donald Trampın ən tanınmış və zəngin tərəfdarlarından biri olan amerikalı biznesmen 2022-ci ildən gizli surətdə Putin və Kreml administrasiyası məmurları ilə söhbətlər aparıb.
Bu sırada o cümlədən ABŞ-a qarşı hibrid müharibələrində əməliyyatlara rəhbərlik edən prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə söhbətlər aparıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, milyardçı və Putin şəxsi mövzuları, biznes və geosiyasəti müzakirə edib.
Ertəsi gün Maskın Kremllə güman edilən əlaqələrinin araşdırılmasının zəruriliyi barədə ABŞ Aerokosmik Agentliyinin (NASA) direktoru Bill Nelson da bəyan edib.
Buna cavab olaraq Mask senatorları oyuncaq və "qanmaz" adlandırıb, həmçinin məktubun onun təşəbbüsü olduğuna şübhə edib. O, bəyan edib ki, ABŞ-ın ənənəvi KİV-ləri "sol təbliğatın" ruporuna çevrilib. "Mən bu ittihamların kim tərəfindən irəli sürüldüyünü aydınlaşdırmaq niyyətindəyəm və onları məhv edəcəyəm", - o, bəyan edib.
Kreml dövlət başçısının Maskla müntəzəm təmaslarını inkar edib. Prezidentin mətbuat katibi Dmitri Peskov iddia edib ki, Putin və amerikalı milyardçı yalnız bir dəfə, 2022-ci ildə zəngləşib.
Bu söhbət "tanışlıq xarakteri" daşıyıb və onun mövzusu "gələcək üçün texnoloji qərarlar" olub. Bu məlumat Kreml tərəfindən seçkiöncəki mübarizə çərçivəsində növbəti dezinformasiya adlandırılıb.
Bu fonda Donald Tramp seçkilərdə qələbə qazandıqdan sonra elan edib ki, sahibkar Ağ Evin yeni administrasiyasında ABŞ Hökumətinin Səmərəlilik Departamentinin (DOGE) naziri vəzifəsinə təyin ediləcək və sol mətbuatın məhkəmə "ovuna" başlayıb.
Bundan öncə məlumat verilib ki, biznesmen Donald Trampın yenidən prezident seçilməsi üçün İlon Mask 119 milyon dollar xərcləyib.