Dünya
462
16 Nov 2024 | 21:27

"Çin ilk dəfə olaraq Rusiyaya ölümcül silah tədarük edib" - Almaniya  nəşri

"Rusiya Çində uzaqmənzilli zərbə dronlarının istehsalı üzrə silah proqramını işə salıb..."
 
Çin Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə edilməsi üçün ilk dəfə olaraq silah tədarük edib və indi Avropa İttifaqı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri məlumat yayıb. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Qeyd edilir ki, müvafiq kəşfiyyat məlumatlarını Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel təqdim edib.
 
Avropa İttifaqının yüksək vəzifəli diplomatlarından biri bəyan edib ki, bu sübutlar "inandırıcıdır" və "ölümcül silah yardımı tədarükünü" təsdiq edir.
 
"İndi biz bütün mümkün tədbirləri nəzərdən keçirməliyik", - diplomat deyib. Bu zaman o, əlavə edib ki, Çinlə birbaşa danışmaq vacibdir.
 
Digər mənbə qeyd edib ki, Avropanın münasibəti Çinin bu məlumatlara münasibətindən asılı olacaq. Hazırda sanksiyaların müzakirəsi erkən mərhələdədir, nəşrin həmsöhbətləri əlavə edib.
 
Bu tədbirlər yeni sanksiyaların tətbiqini nəzərdə tutur, buraya Çin şirkətləri ilə biznes aparılmasına qadağa qoyulması, aktivlərin dindurulması və ayrı-ayrı Çin vətəndaşlarına girişin qadağan edilməsi daxildir.
 
Bu zaman mənbələr kəşfiyyat məlumatlarının təfsilatlarını açıqlamasa da, bir yüksək vəzifəli diplomat "Reuters" agentliyinin "çox ciddi" məlumatlarına istinad edib.
 
Rusiya Çində dron istehsal edir-bəlli olanlar
 
Bundan öncə "Reuters" agentliyi yazıb ki, Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə etmək üçün uzaqmənzilli zərbə dronlarının işlənib hazırlanması və istehsalı üzrə silah proqramını işə salıb.
 
Qeyd edilib ki, Rusiyanın "Almaz-Antey" Dövlət Silah Şirkətinin törəmə şirkəti olan "Kupol" İjevsk Elektromexaniki Zavodu "Qarpiya-3" (G3) adı altında yeni model dronunu işləyib hazırlayıb və sınaqdan keçirib.
 
Həm də belə dronların Ukraynaya qarşı müharibədə istifadə edilməsi üçün Çin mütəxəssislərinin iştirakı ilə kütləvi istehsalını nizama salmaq niyyətindədir.
 
Bu dronlar 50 kq çəkidə döyüş başlığı daşıya bilir, uçuş məsafəsi 2 min km təşkil edir və öz xüsusiyyətləri ilə İranın "Shahed" dronlarına bənzəyir.
Link kopyalandı!
Son xəbərlər