Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın işğalı altında olan Krım parlamentin rəhbəri Vladimir Konstantinov amerikalı biznesmen İlon Maskı yarımadanın investoru olmağa çağırıb.
Publika.az xəbər verir ki, Konstantinov bu barədə “RİA Novosti”yə müsahibəsində deyib. O, Krımda cəlbedici məqamların olduğunu və yarımadanın belə bir investorun olmasını böyük nailiyyət hesab edəcəyini bildirib.
Eyni zamanda, Konstantinov Rusiyaya investisiya qoyuluşunun faydalarını qeyd edib.
"Rusiyaya sərmayə qoymaq Mask üçün şərəf və nailiyyətdir", - parlamentin rəhbəri agentliyə deyib. Onun sözlərinə görə, Rusiyanın Yer planetində resursları, Maskın isə texnologiyası və elmi var. Yaxşı bir əlaqə ola bilər", - deyə Konstantinov vurğulayıb.