Bizi sosial şəbəkələrdən izləyin:
“İran heç vaxt nüvə silahı yaratmağa çalışmayacaq”.
Bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə görüşdə deyib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Ali Rəhbərin fətvasına (red. - Əli Xamenei) əsaslanaraq, heç bir şəkildə nüvə silahı yaratmağa çalışmamışıq və yaratmayacağıq”, - deyə prezident bildirib.
İran lideri qeyd edib ki, İran AEBA ilə əməkdaşlıq çərçivəsində öz nüvə proqramının sülh məqsədli olmasını sübuta yetirməyə hazırdır.
Xatırladaq ki, noyabrın 2-də İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib ki, Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verəcək bütün imkanlara malikdir.
Qafqazinfo.az