Fransanın həmkarlar ittifaqları ümummilli tətilə çağırır
Dünya
273
14 Nov 2024 | 22:29

Fransanın həmkarlar ittifaqları ümummilli tətilə çağırır

Fransanın ən böyük həmkarlar ittifaqları dekabrın əvvəlində ümummilli tətil keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.
 
Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
 
Qeyd olunur ki, təşkilatlar dövlət sektorunun işçilərini dekabrın 5-də işə çıxmamağa çağırıb.
 
Məlumata görə, onlar hökumətin 2025-ci ildə dövlət sektorunun maliyyələşdirilməsini azaltmaq planlarından, eləcə də bir sıra tədbirlərdən, xüsusən də xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sosial ödənişlərə görə kompensasiyaların azaldılmasından narazıdırlar.
 
Fransa KİV onu da xatırladır ki, ölkənin kənd təsərrüfatı sektorunun nümayəndələri noyabrın 18-də nümayişlər keçirmək, SNCF dəmir yolu şirkətinin əməkdaşları isə noyabrın 21-də tətil keçirməyi planlaşdırırlar.
Link kopyalandı!
Son xəbərlər