Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır".
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
O, bildirib ki, Rusiyanın ABŞ-ın yeni administrasiyasından heç bir gözləntisi yoxdur:
"Rabitəni kəsən biz deyilik, top ABŞ meydançasındadır. Heç bir gözlənti və fərziyyə olmayacaq. Biz konkret addımları dəyərləndirəcəyik", - deyə XİN rəhbəri qeyd edib.