Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
Dünya
309
11:55, Bu gün

Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə köçməsinə qədər “təcili xilas yolu” tapmaq üçün Portuqaliyada ev alıblar.
 
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
 
Onların Lissabondan təqribən 81 mil cənubda yerləşən 722 hektarlıq CostaTerra Golf və Okean Klubunda tikiləcək 300 iqamətgahdan birinə köçdüyü bildirilir. Cütlüyün bu ev üçün 4,7 milyon dollardan çox xərclədiyi iddia edilir.
 
Vəziyyətə yaxın mənbənin sözlərinə görə, Trampın Sassekslərə dərin nifrət etməsi onları çaşqın vəziyyətə salıb və seçimlərini yenidən nəzərdən keçirməyə məcbur edib.
 
"Tramp Harrinin vətəndaşlığını araşdırmaq qərarına gəlsə, Harri və Meqan həqiqətən problem yaşaya bilər, buna görə də onlar xaricdən ev satın aldılar", - deyə mənbə "RadarOnline"a deyib. Bildirilir ki, "onlara B planına keçib".
 
Bununla belə, cütlük Portuqaliyada yeni həyatlarından həzz almağa başlamazdan əvvəl Avropa İttifaqı vətəndaşlığını almaq kimi böyük maneə ilə üzləşəcəklər.
 
Harri və Meqan Markl 2020-ci ildə kral həyatından ayrıldıqdan sonra Kaliforniyanın Montekito şəhərində yaşayırlar. 43 yaşlı Meqan ABŞ vətəndaşıdır, Harri isə vətəndaş olmağa can atır və hətta rəsmi sənədlərdə ABŞ-ı əsas iqamətgahı kimi qeyd edib.
 
Mühafizəkar düşüncə mərkəzi "Heritage Foundation", Kral III Çarlzın ikinci oğlunun ABŞ-a qanuni olaraq daxil ola bilmədiyini iddia edərək Harrinin viza qeydlərini tələb edib. Məhkəmə Harrinin viza müraciətinin gizli qalacağına qərar verib.
 
Xatırladaq ki, Donald Tramp ilk dəfə fevral ayında Merilend ştatında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edərkən hersoqları ölkədən qovmaqla hədələmişdi.
 
"Mən onu müdafiə etməzdim" deyən Tramp bildirib ki, o, kraliçaya xəyanət etdi və bu bağışlanmazdır.
Link kopyalandı!
Son xəbərlər