Baydendən Trampa
Dünya
278
09:40, Bu gün

Baydendən Trampa "miras" - 1 ayda 257 milyardlıq büdcə kəsiri

ABŞ-ın büdcə kəsiri oktyabr ayında dörd dəfəyə yaxın artaraq 257 milyard dollara yüksəlib. Maliyyə Nazirliyi çərşənbə günü açıqlamasında bildirib ki, bu rəqəm bir neçə birdəfəlik faktorların təsiri ilə artıb, lakin yeni maliyyə ili prezident seçilmiş Donald Trampa yanvar ayında böyük büdcə kəsiri ilə təhvil veriləcək.
 
Valyuta.az "Yahoo Finance"ə istinadən xəbər verir ki, oktyabr ayındakı büdcə kəsiri ötən ilin müvafiq dövründəki 67 milyard dollardan 287% çox olub. Lakin müavinət ödənişləri üzrə təqvim dəyişiklikləri ötən ilin oktyabr ayındakı kəsiri yarıya qədər azaldıb.
 
Nazirliyin rəsmisi bildirib ki, 2023-cü ilin oktyabr ayında təxminən 75 milyard dollar məbləğində vergi ödənişləri Kaliforniyada baş verən meşə yanğınları və digər təbii fəlakətlər səbəbindən təxirə salındığı üçün həmin dövrdə büdcəyə daxil olub.
 
Bu tənzimləmələr olmasaydı, 2024-cü ilin oktyabr ayı üzrə büdcə kəsiri təxminən 47 milyard dollar, yəni əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 22% daha çox olardı.
 
Oktyabr ayında federal gəlirlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19% və ya 77 milyard dollar azalaraq 327 milyard dollar təşkil edib. Halbuki oktyabr ayı üzrə xərclər 24% və ya 114 milyard dollar artaraq 584 milyard dollara yüksəlib.
 
2025-ci maliyyə ilinin ilk ayı olan oktyabr ayı üçün büdcə nəticələri prezident Co Baydenin administrasiyasının, COVID-19 dövrü istisna olmaqla, ən yüksək səviyyədə olan 1,83 trilyon dollarlıq 2024-cü il büdcə kəsiri ilə yekunlaşmasından sonra açıqlanıb.
 
Sosial Müdafiə, Səhiyyə Yardımı və hərbi xərclər üzrə ödənişlər artıb, lakin diqqətçəkən məqam olaraq Maliyyə Nazirliyinin dövlət borcu üzrə faiz xərcləri 8% və ya 7 milyard dollar azalaraq 82 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin avqust ayından bəri ilk dəfə illik müqayisədə azalma göstərir.
Link kopyalandı!
Son xəbərlər