Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Bundan sonra...
Dünya
488
08:20, Bu gün

Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Bundan sonra...

Rusiya hökuməti, dekabrın 1-dən başlayaraq, sərhəd keçidində biometrik məlumatların toplanması ilə bağlı yeni bir eksperimentin həyata keçirilməsini təsdiqləyib.
 
Bu qərar Baş nazir Mixail Mişustin tərəfindən imzalanıb.
 
Eksperiment iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-cü ilin dekabrın 1-dən başlayaraq 2026-cı ilin iyunun 30-a qədər davam edəcək. Bu müddət ərzində, Moskva şəhəri (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətindəki Jukovski hava limanları, habelə Orenburq vilayətindəki Maştakovo avtomobil buraxılış məntəqəsindən Rusiya Federasiyasına daxil olan əcnəbi və vətənsiz şəxslər, sərhəd keçid məntəqələrində biometrik məlumatlarını təqdim edəcəklər.
 
İkinci mərhələ isə 2025-ci ilin 30 iyunundan başlayaraq 2026-cı ilin iyununa qədər davam edəcək. Bu mərhələdə, əcnəbilər biometrik məlumatlarını və səfərin məqsədini əvvəlcədən xüsusi tətbiq vasitəsilə təqdim etmə imkanı əldə edəcəklər.
 
Yeniliklər Belarus vətəndaşlarına, altı yaşdan kiçik uşaqlara, Rusiya diplomatik nümayəndəliklərinin və konsulluqlarının əməkdaşlarına, həmçinin beynəlxalq təşkilatların nümayəndəliklərində akkreditə olunmuş şəxslərə və onların ailə üzvlərinə şamil edilməyəcək.
 
Eyni zamanda, sənəddə vurğulanıb ki, Rusiya Xarici İşlər Nazirliyi bu eksperiment barədə xarici dövlətlərin diplomatik qurumlarını və konsulluqları məlumatlandırmalıdır. 
 
Musavat.com
 
 
Link kopyalandı!
Son xəbərlər