Dünya
681
13 Nov 2024 | 22:01

"Rusiya Kurskda altı günə üç tabor itirib" - "Forbes"

"Rusiyanın Kursk vilayətində əkshücumu diktator Putin və onun generalları üçün fəlakətə çevrilib..."
 
Ukrayna qüvvələri Kursk vilayətində rusiyalılara uğurla müqavimət göstərir, bəzi yerlərdə hətta əkshücuma keçərək irəliləyib...
 
Rusiyanın Kursk vilayətində əkshücumu hələlik xüsusi uğurlar qazanmayıb, amma bu əkshücum rusiyalılara çox böyük itkilər hesabına başa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Nəşrin icmalçısı Devid Aks yazır ki, altı gün ərzində Ukraynanın "Kriegsaforscher" dronlar operatoru cəbhənin bu sahəsində Rusiyanın məhv edilmiş 77 zirehli texnikasını müəyyən edib.
 
"Bu, Rusiyanın üç taboru üçün yetərlidir. Bu hələ videoda görünən və təsdiq edilənlərdir. Rusiyanın faktiki itkiləri xeyli yüksək ola bilər", - analitik yazıb.
 
Çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı Rusiyanın bir gündə rekord sayda- 1950 nəfər itkisi, habelə 104 məhv edilmiş zirehli maşınları barədə məlumat verib.
 
Bu zaman bu itkilərin əsas hissəsi Kursk vilayətinin payına düşür, çünki orada digər sahələrə nisbətən döyüşlərin intensivliyi ən azı iki dəfə çoxdur.
 
Kreml özünün bir neçə briqadasını, o cümlədən 51-ci hava-desant alayı və 810-cu dəniz piyadası briqadasını yeni nəqliyyat vasitələri ilə təchiz edib və Kurska göndərib.
 
Eyni zamanda Ukrayna birqaları rusiyalılara uğurla müqavimət göstərir, hətta cəbhə xətti boyunca bir neçə yerdə əkshücuma keçərək Novoivanovka məntəqəsi yaxınlığında irəliləyib.
 
"Döyüşlər səngimək bilmir. Ekstremal və bərpa edilməyən itkilər və qlobal siyasi dəyişikliklərin qeyri-müəyyənliyi fonunda ruslar Kurskda böyük riskə gedir", - analitik qeyd edib.
 
Kursk vilayəti-xəbərlər
 
Rusiya ordusu Kursk istiqamətində USQ-nin müdafiəsini yarmaq məqsədilə fəal hücum əməliyyatlarına başlayıb.
 
Belə "top yemi" hücumları zamanı rusiyalılar böyük itkilərə məruz qalır, bu da, böyük ehtimalla, onların hazırsızlığından xəbər verir. 
 
USQ Baş Komandanı Aleksandr Sırski bəyan edib ki, Rusiya Kursk vilayətinə ən yaxşı hissələrindən on minlərlə işğalçı cəlb edib.
 
Eyni zamanda "Bild" nəşrinin analitiki Yulian Repke məlumat verib ki, Rusiyanın əkshücumu diktator Vladimir Putin və onun generalları üçün fəlakətə çevrilib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər