Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, bu, Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədardır: “Noyabrın 13-ü saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək Şimali Qafqaz – Zaqafqaziya tranzit magistral qaz kəmərinin Qazax-Saquramo (DN 1000) hissəsində Gürcüstan ərazisində fövqəladə bərpa işləri aparılacaq və buna görə də Ermənistana təbii qaz verilişi dayandırılacaq”.
Şirkətdən verilən məlumata görə, “bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublika istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin olunacaq”.