Dünya
1611
12 Nov 2024 | 22:46

"Putin Trampın andiçmə mərasiminədək Kursk vilayətini geri qaytarmaq istəyir" - Britaniya kəşfiyyatı

"Rusiya ordusu avqust ayında USQ-nin Kursk vilayətində ələ keçirdiyi ərazinin təxminn yarısını geri qaytarıb..."
 
Vladimir Putin Donald Trampın yanvar ayında ABŞ prezidenti vəzifələrinin icrasına başlayanadək Ukrayna tərəfindən ələ keçirilən Kursk vilayətini geri qaytarmaq məqsədilə 50 min Rusiya və Şimali Koreya əsgərlərini cəlb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri Britaniya kəşfiyyatının məlumatlarına istinadən yazıb.
 
Məlumatda deyilir ki, yaxın günlərdə Rusiya, böyük ehtimalla, kamikadze-dronlarla Ukrayna mövqelərinə hücumlarını gücləndirəcək, bunun üçün sərhəd yaxınlığında yeni buraxılış meydançalarından istifadə edəcək.
 
Rusiya ilə Şimali Koreya arasında bu il imzalanan qarşılıqlı hərbi yardım haqqında müqaviləyə uyğun olaraq əməliyyatda təxminən 12 min Şimali Koreya əsgərləri iştirak etməlidir, nəşr yazıb.
 
Ukraynalı analitiklər həmçinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumundan istifadə edərək Ukraynanın Sumı vilayətinə doğru irəliləməyə cəhd göstərə biləcəyini qeyd edir.
 
Hazırda Rusiya ordusu avqust ayında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində ələ keçirdiyi ərazinin təxminən yarısını geri qaytarıb. 
 
USQ Baş Komandanı general Aleksandr Sırski bəyan edib ki, hazırda Kursk vilayətində Ukrayna qoşunları "Rusiyanın ən yaxşı həmlə hissələrindən olan on minlərlə düşmən əsgərinə hücum edir".
 
Öz tərəfindən Qərb diplomatları, habelə NATO üzrə müttəfiqlər Rusiya hakiminin Trampın andiçmə mərasiminədək Kursk vilayətinin yerdə qalan ərazisini tez bir zamanda geriyə qaytarmağa və bununla da istənilən sülh danışıqlarında Rusiyanın mövqeyini yaxşılaşdırmağa cəhd edəcəyindən narahatdır.
 
Tramp dəfələrlə Ukraynada müharibəyə 24 saat ərzində son qoyacağını vəd edib. Onun virse-prezidenti Cey Di Vens güman edir ki, sülh danışıqları Ukrayna tərəfindən ərazi güzəştlərini nəzərdə tuta bilər. Lakin Ukrayna prezidenti Vladimir Zelenski belə güzəştləri qətiyyətlə rədd edir və Trampa yaxın aylarda hərbi dəstəyi qoruyub saxlamağa çağırış edir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər