02:14
10°C
Bakı
Polşanın baş naziri Donald Tusk əməliyyat olunub.
Bu barədə Moderator.az Polşa hökumətinin informasiya mərkəzinə istinadla yazır. Bildirilir ki, o, noyabrın 13-də işə qayıdacaq.
Qeyd edilir ki, bu, planlaşdırılmış tibbi əməliyyatdır. Digər təfərrüatlar açıqlanmır.
Son məlumata görə, Tusk bazar ertəsi qeyd olunacaq Polşanın Müstəqillik Günü ilə bağlı rəsmi tədbirlərə qatıla bilməyəcək.