Xüsusi hərbi əməliyyat başlayandan Rusiya paytaxtına ən böyük PUA hücumu olub
Dünya
1959
10 Nov 2024 | 12:21

Xüsusi hərbi əməliyyat başlayandan Rusiya paytaxtına ən böyük PUA hücumu olub

Xüsusi hərbi əməliyyat başlayandan Rusiya paytaxtına ən böyük PUA hücumu olub. APA-nın Moskva müxbiri xəbər verir ki, bundan əvvəlki kütləvi dron hücumu bu ilin sentyabrın 10-da baş verib. Belə ki, həmin gün Moskva regionuna Ukrayna tərəfi 20 PUA ilə hücum edib. Ümumilikdə isə sentyabrın 10-da Rusiya ərazisində 144 PUA vurulmuşdu.
 
Noyabrın 10-da isə Rusiya Ukraynanın 32 pilotsuz uçuş aparatlarının Moskva regionunun səmasında vurulduğunu açıqlayıb. Ukrayna dronları Rusiya paytaxtı istiqamətində uçarkən Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində vurulub.
 
Rusiyanın teleqram kanallarında havada vurulan dronların görüntülərini əks etdirən çoxlu sayda videolar yayılıb.
Link kopyalandı!
Son xəbərlər