Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər
1844
09 Nov 2024 | 21:27

Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər

Hazırkı ABŞ lideri Cozef Biden və ABŞ-nin seçilmiş prezidenti Donald Tramp noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.
 
Bəyanatda qeyd olunur ki, görüş Ağ evin Oval kabinetində saat 11:00-da (Bakı vaxtı ilə 20:00) keçiriləcək. Məlumatda bildirilir ki, görüşlə bağlı əlavə təfərrüatlar sonradan təqdim ediləcək.
 
Trampın köməkçiləri daha əvvəl onun Baydenlə görüşünün yaxın vaxtlarda baş tutacağını bildirmişdilər.(report)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər