Ermənistanda 2 nəfər GÜLLƏLƏNDİ
Dünya
1729
09 Nov 2024 | 19:19

Ermənistanda 2 nəfər GÜLLƏLƏNDİ

Noyabrın 8-də Ermənistanın Ararat rayonunda qətllər baş verib.
 
Güllə yarası almış iki vətəndaşın meyiti Artaşat Tibb Mərkəzinə aparılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 
Artaşatdakı evlərdən birinin həyətindən qabaq şüşəsi sınıq və qan izləri olan “VAZ 2106” markalı avtomobil aşkarlanıb.
 
Mənbənin sözlərinə görə, ölənlər qohumlardır.
Link kopyalandı!
Son xəbərlər