Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hələ andiçmə mərasiminə iki ay qalmış iki qaynar nöqtə - Ukrayna və İsrail üzrə ölkəsinin xarici siyasətini formalaşdırmağa başlayıb.
Bu barədə "Bloomberg" nəşri məlumat verib.
Məqalə müəllifi qeyd edib ki, Trampın qələbəsi bu iki ölkəyə və onların hüdudlarından kənarlara da təsir edir.
Tramp administrasiyasının keçmiş əməkdaşlarından birinin fikrincə, prezidentlik müddətini başa vurmuş Co Baydendən fərqli olaraq, Tramp daha sərt siyasətçi nüfuzuna malik olduğu üçün beynəlxalq münasibətlərdə zatən üstünlüyü var, ona görə də respublikaçı namizədin əleyhdarları artıq ritorikalarını dəyişməyə başlayıblar.
Vaşinqton Atlantik Şurasının eksperti Şelbi Meqidin qiymətləndirmələrinə görə, Ukrayna Trampın qələbəsindən sonra rəqiblə danışıqların reallıq olduğunu qəbul etməyə doğru irəliləyir.
Vəziyyətlə tanış olan mənbələrin agentliyə bildirdiklərinə görə, eyni zamanda, Trampın Ağ Evə qayıtmasından ən çox İsrail qazanıb, çünki onun qələbəsi Baş nazir Benyamin Netanyahunu Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyində gücləndirib. /Oxu.az/