Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib
2170
08 Nov 2024 | 20:08

Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kandaurov vəfat edib.
 
Moderator.az -ın "Sputnik"ə (Ermənistan) istinadən məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı Səfirliyi xəbər yayıb.
 
Bildirilir ki, R.Kandaurov 2020-ci ilin dekabrından baş konsul vəzifəsində çalışıb. O, 1996-cı ildən diplomatik xidmətdə olub.
 
R.Kandaurovun ölüm səbəbi açıqlanmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər