"Əgər Donald Tramp Amerikanın Ukraynaya yardımını kəsərsə, onun sağ qalmaq uğrunda müharibə aparmaq üsulu qalacaq..."
Ukrayna kəşfiyyatı tərəfindən idarə edilən "Aeroprakt" şirkətinin A-22s təyyarəsi noyabrın 6-da Rusiyanın cəbhə xəttindən 700 mil məsafədə Xəzər dənizi donanmasına zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Analitik Devid Aks yazıb ki, ukraynalı məmurların bəyanatlarına görə, partlayış nəticəsində üç gəmi, o cümlədən donanmanın ən iri gəmilərindən "Hepard" sinfindən olan iki gəmi, həmçinin daha kiçik "Buyan" gəmisi zədələnib.
Zədələnmiş gəmilər Xəzər dəniz donanması qüvvələrinin təxminən üçdə bir hissəsini təşkil edir.
Analitik vurğulayır ki, bu, Ukraynanın A-22 dronlarının ən uzaqmənzilli zərbələrindən biridir. May ayında dronlardan biri ilə Rusiyanın Salavat şəhərində, cəbhə xəttindən 800 mil məsafədə neft emalı zavoduna zərbə endirib.
O, bunları izah edib: Ukraynanın ABŞ, Böyük Britaniya və Fransa kimi ən böyük müttəfiqləri Rusiya ərazisindəki hədəflərə zərbələr üçün qanadlı və ballistik raketlərdən istifadə etməyi daima qadağan edir.
Ona görə də ukraynalılar improvizasiya etməyə vadar olur. Onlar yerli istehsal olan dronlar və "yer-hava" sinfindən olan raketlərdən yerüstü zərbələr üçün istifadə edir. İndi isə Donald Trampın qələbəsini nəzərə alaraq bu improvizasiya daha çox əhəmiyyət kəsb edə bilər, analitik qeyd edib.
"Hazırda Trampın Ukrayna müharibəsinə təsiri ilə bağlı böyük qeyri-müəyyənlik mövcuddur. Lakin əgər Tramp respublikaçıların təhdid etdiyi kimi davranarsa və Amerikanın Ukraynaya yardımını kəsərsə, Ukraynanın sağ qalmaq uğrunda müharibəsini davam etdirmək üsulları qalacaq", - bunu Oksford Beynəlxalq Münasibətlər Universitetinin professoru Samuel Ramani yazıb.
Ukrayna tez bir zamanda özünün uzaqvuran silah istehsalını nizama salmağa müvəffəq olub. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlananda ukraynalıların bir dənə də olsun belə silahı olmayıb.
İndi isə o cümlədən uçuş məsafəsi 400 mil olan "Palyanitsa" hibrid qanadlı raket də daxil olmaqla Ukraynada kütıəvi istehsal edilə bilən bir neçə növ raketləri var, Aks qeyd edib.
Xəzər dənizi donanmasına zərbə-bəlli olanlar
Noyabrın 6-da səhər Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi innovasiya əməliyyatı nəticəsində ilk dəfə olaraq Rusiyanın Xəzər dənizi donanmasına zərbə endirmək mümkün olub. Ukraynanın dövlət sərhəddindən hədəfə olan məsafə 1, 5 min km təşkil edir.
PUA-ların zərbəsi nəticəsində Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhərində iki obyektə zərər vurulub. Güman edilir ki, bunlar "Tatarstan" və "Dağıstan" raket gəmiləridir. Həmçinin 21631 layihəsindən olan kiçik raketlər də zədələnib.