Xərçəng xəstəsi olan məşhur rəqqasə:
Dünya
377
15:08, Bu gün

Xərçəng xəstəsi olan məşhur rəqqasə: "Öz vəfatımı gözləyərkən 35 ildir tanıdığım ..." - FOTO/VİDEO

"Bilirsiniz mən də öz xəstəliyimlə mübarizə aparıram. Öz vəfatımı gözləyərkən 35 ildir tanıdığım Cengizhanın ölüm xəbəri gəldi."
 
BAKU.WS xəbər verir ki, bu sözləri xərçənglə mübarizə aparan rəqqasə Tanyeli deyib. Müğənni Sibel Canın köməkçisi Cengizhan Sabuncunun yas mərasimində qatılan Tanyeli şoka düşdüyünü qeyd edib. O Cengizhana görə dərin kədər hissi yaşadığını bildirib:
 
"Onu qardaşım kimi sevirdim. Zaman-zaman sirdaş da olduq. Cengizhan bu sənət camiyəsində çox sevdiyimiz biri idi. Mən şokdayam. Hazırda Cengizhanın cənazəsində olduğuma inana bilmirəm. 3 həftə əvvəl sabahdan axşama qədər mənim üçün təsbeh çəkdi".

Xatırladaq ki, Tanyeli artıq bir ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparır. Xəstəlik Tanyelinin xarici görünüşündə də köklü dəyişikliyə səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər