"Trampın seçilməsi eskalasiya variantıdır, hər şey qlobal iflasa gətirib çıxaracaq..."
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti seçkilərində qələbəsi münasibətilə Donald Trampı təbrik edib. Lakin qəbul olunduğu kimi, bunu rəsmi zənglə deyil, "tanışları vasitəsilə" edib.
Moderator.az xəbər verir ki, bu barədə "Vyorstka" nəşri Rusiya parlamentindəki mənbəyə istinadən məlumat verib. Məlumatı "dw.сom" nəşri yayıb.
Eyni qayda ilə Rusiya XİN rəhbəri Sergey Lavrov, Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təbriklərini çatdırıb.
Rusiya hakimiyyəti Trampın mövqeyi sayəsində Moskvanın Ukraynaya qarşı müharibəsində mövqelərinin yaxşılaşacağına ümid edir, nəşrin həmsöhbəti deyib.
"Bu ümidlər ilk növbədə Ukraynaya yardımın azaldılacağı ilə bağlıdır. Trampla, əlbəttə ki, Harrisə nisbətən razlılığa gəlmək xeyli asandır", - o, bəyan edib.
Mənbə dəqiqləşdirib ki, təbriklər Xarici İşlər Nazirliyi xətti ilə göndərilib. Rusiya hakimiyyətinin əsas nümayəndələrinin ABŞ-ın yeni prezidenti ilə münasibətləri var, "Kreml bu münasibətləri saxlamaq istəyir".
Lakin Rusiya hakimiyyətinin heç də bütün nümayəndələri Amerika liderinin dəyişməsi ilə bağlı nikbin ovqatda deyil. Daha bir mənbə deyib ki, Tramp nə münaqişəyə son qoymağı, nə Ukraynaya dəstək verməməyi, nə USQ-ni "taqətdən salmağı", və də təmas xəttində vəziyyətin dondurulmasını bacarmayacaq.
"Bu, eskalasiya variantıdır. Böyük ehtimalla, hər şey qlobal iflasa gətirib çıxaracaq. Bu, müharibənin bitməsi deyil. Bu, qlobal münaqişədir", - o, deyib.
Görünür bu səbəbdən Trampın dövlət başçısı kimi Rusiyaya sərfəli olduğunu iddia edən dövlət təbliğatı gözlənilmədən tonunu dəyişərək Trampın Ağ Evə dönüşünün çoxsaylı mənfiliklərini aşkar edib.
"Birinci kanal" xatırladıb ki, Trampın əvvəlki prezidentlik müddətində Rusiya üçün yaxşı heç nə gətirməyib, Zelenski ilə Trampın sentyabr görüşündən kadrları göstərib.
"ABŞ siyasətində riyakarlıq artacaq", - bunu Dövlət Dumasının deputatı Dmitri Novikov deyib. Digər Z-ekspertlər Ukraynada müharibənin mümkün eskalasiyası barədə fikir söyləyib, çünki "Tramp çox emosional adamdır".
Bu gün Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ilə ABŞ arasında münasibətlər "tarixdə olan ən aşağı nöqtədədir". "Gəlin, unutmayaq ki, söhbət ölkəmizə müharibəyə qarşı birbaşa və ya dolayısı ilə cəlb edilən dost olmayan ölkədən gedir", - o, deyib.