Aİ liderləri Trampın qələbəsi ilə bağlı təcili müzakirə aparacaqlar
Dünya
371
15:11, Bu gün

Aİ liderləri Trampın qələbəsi ilə bağlı təcili müzakirə aparacaqlar

Avropa İttifaqı (Aİ) liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra Aİ-nin gələcək addımları ilə bağlı təcili müzakirə aparacaqlar.
 
Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
 
Əsas müzakirə mövzuları Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması ilə bağlı olacaq.
 
“Budapeştdə keçiriləcək qeyri-rəsmi sammit liderlərin Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlıqla bağlı təcili müzakirə aparması üçün yaxşı fürsət olacaq. Bu hadisə iki əsas risklə - ABŞ ilə iqtisadi münasibətlərin mürəkkəbləşməsi, hətta yeni ticarət müharibəsinin başlanması və Ukraynaya hərbi yardımın azaldılması mümkünlüyü ilə əlaqələndirilir ", - diplomat qeyd edib. /Report/
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər