Dünya
750
05 Nov 2024 | 21:58

"Şimali Koreya əsgərlərinin əksəriyyəti Ukrayna savaşında həlak olacaq" - "The Guardian"

"Bu əsgərlər qidalanma qıtlığı ilə üzləşib və döyüş təcrübəsinə malik deyil, bu da onları yad ərazidə zəif və həssas edir..."
 
Təcrübəsiz, pis təlim keçmiş və kifayət qədər qidalandırılmayan KXDR qoşunları Rusiyanın Ukraynaya qarşı müharibəsinə göndərilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Bir həftəlik gümanlardan sonra NATO və Penyaqon 10 minədək Şimali Koreya hərbçilərinin Rusiya ərazisində, o cümlədən Ukrayna sərhəddi yaxınlığında yerləşən Kurskda olması və yaxın günlərdə döyüş əməliyyatlarına qoşula biləcəyini təsdiq edib. 
 
ABŞ Dövlət katibi Entoni Blinken qeyd edib ki, "Rusiya onları artilleriya, dronlarla işləmək və piyada əməliyyatları" sahəsində hazırlıq keçib və onları ön cəbhədə döyüşlər üçün hazırlayıb.
 
Onların iştirakının Rusiyaya səfərbərlikdən yan keçməyə kömək edəcəyinə rəğmən, ekspertlər təcrübəsizlik səbəbindən onların bölmələrinin səmərəli olacağına şübhə edir. Əksəriyyəti 20 yaşınadək olan əsgərlər düzənlikdə döyüşlərə alışmayıb və onlara az bəlli olan Rusiya rəmzlərinin formasında döyüşəcək.
 
Əvvəllər 1950-ci illərdə yalnız Koreya savaşında iştirak edən Şimali Koreya əsgərləri son illərdə başqa ölkələrə konsultativ dəstək olaraq hərbi yardım göstərib. Hazırda onlar Rusiya silahı ilə, o cümlədən avtomatlar, minaatanlar və snayper tüfəngləri ilə təchiz edilib.
 
Analitiklər qeyd edir ki, Şimali Koreya üçün bu, tarixi hadisədir, çünki əvvəllər o, böyük quru qoşunlarını xaricə göndərməyib. Lakin Şimali Koreyanın sabiq zabiti An Çan İl qeyd edib:
 
"Kim Çen In risk edir. Əgər itkilərin sayı çox olmazsa, o, müəyyən mənada istədiklərini əldə edəcək. Lakin onun çoxsaylı əsgərləri döyüşdə həlak olacaqsa, hər şey güclü şəkildə dəyişəcək".
 
Bir çox Şimali Koreyalılar üçün Rusiyada döyüş əməliyyatlarında iştirak etmək qürur şansı və ailələrinə dəstək üçün qazanmaq imkanıdır. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, onların ailələri konfidensiallıq məqsədilə naməlum yerlərə köçürülüb.
 
Hazırda Seulda fəallar qrupuna rəhbərlik edən keçmiş zabit Çoy Çon Hun "top yemi" hesab etdiyi həmvətənləri üçün narahatdır: "Onlar ən təhlükəli mövqelərə göndəriləcək. Mən əminəm ki, onların əksəriyyəti həlak olacaq".
 
Yaxın həftələrdə Rusiyanın münaqişələrdə gerçək üstünlüklərindən daha çox zəif tərəfləri üzə çıxan hərbi bölməyə bəslədiyi ümidlərin özünü doğruldub-doğrulmayacağı bəlli olacaq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər