Dünya
744
05 Nov 2024 | 21:08

"ABŞ-da prezident seçkiləri: Putin kimə stavka edir?" - "Politico"

"Əslində namizədlərin heç biri Moskvanın bütün istəklərinin gerçəkləşəcəyini vəd etmir, ona görə də Kremlin daha qlobal məqsədi var..."
 
Donald Tramp 2016-cı il seçkilərində qalib gələndə Moskvada bu, bayram edilib. Səkkiz ildən sonra da Kremlin yenidən Trampa stavka etməsi təəssüratı yarana bilər, əslində isə namizədlərdən heç biri Moskvanın bütün istəklərinin gerçəkləşəcəyini vəd etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Birinci kampaniyadan sonra Tramp Rusiyadan, xüsusilə ona açıq şəkildə simpatiya bəsləyən Vladimir Putindən bir qədər dəstək alıb. 
 
Nyu-Yorkdan olan professor, Nikita Xruşşovun nəticəsi Nina Xruşşova qeyd edir ki, Putinin zəngin və ucaboy Trampın ona heyran olmasından xoşu gəlir.
 
"Putin bəstəboy, şöhrətpərəst adamdır. Ucaboy və zəngin Trampın Putinə heyran olması Kremlin xoşuna gəlir. Bu, Putinə üstünlük qazandırır".
 
Bundan başqa, Trampın konspiroloji baxışları bir çox rusiyalıların düşüncələri ilə həmahəngdir. Kremli ən çox cəlb edən Trampın Ukrayna ilə bağlı mövqeyidir. O, müharibəyə, güman ki, Kiyevin güzəştləri hesabına bir gün ərzində son qoyacağını vəd edib. 
 
Onun müttəfiqi Cey Di Vens həmçinin Ukraynaya bundan sonra da dəstək göstəriləcəyini tənqid edir. Kremlyönlü politoloq Abbas Qullyamov hesab edir ki, Putinə qələbə gərəkdir, uzunmüddətli münaqişə isə onun legitimliyini sarsıdır. 
 
Buna baxmayaraq, Moskvanın artıq Trampla münasibətlərində təcrübəsi var, birinci prezidentliyi dönəmində o, vəd etdiyi kimi Rusiya ilə münasibətləri nizama salmayıb və sanksiyaları aradan qaldırmayıb. 
 
Müasir şəraitdə Moskvada hətta Kremlyönümlü prezidentin ABŞ-ın Rusiyaya düşmən münasibətini dəyişəcəyinə inananlar azdır.
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, Amerikadakı seçkilər Rusiya üçün heç nəyi dəyişməyəcək, həm Bayden, həm də Tramp Rusiyaəleyhinə konsensusa dəstək verir.
 
Eyni zamanda Putin sarkazm hissilə demokratların namizədi Kamala Harrisə dəstək verib. O, bəyan edib ki, Bayden yarışmanı tərk edərsə, Rusiya onun seçicilərindən etdiyi xahişə əməl edərək Harrisə "dəstək verəcək". 
 
Onun bu sözləri auditoriyanın gülüşünə səbəb olub, lakin bəzi ekspertlər hesab edir ki, bütün bu ların əsası ola bilər. Axı Harrisin qələbəsi status-kvonu qüvvədə saxlayacaq, bu da xüsusilə Qərbin Ukraynara dəstəyinin zəifləyəcəyi təqdirdə Moskvanın əlinə işləyəcək.
 
Kremlin fikrincə, namizədlərdən hər-hansının qələbəsinə rəğmən, Amerikanın siyasəti rusofob olaraq qalacaq. Bu zaman ABŞ kəşfiyyatı və ekspertləri Rusiyanın seçkilərə təsir etmək üçün dezinformasiyadan istifadə edəcəyindən şübhələnir.
 
Buna baxmayaraq, Kremlin marağı hansısa namizədə dəstəklə məhdudlaşmır, daha çox ABŞ-da demokratiyaya etimada zərbə vura biləcək xaos və qütbləşmənin güclənməsinə yönəlib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər