Misir Prezidenti: Qəzzada atəşkəs üçün əlindən gələni edirəm
Dünya
835
04 Nov 2024 | 23:44

Misir Prezidenti: Qəzzada atəşkəs üçün əlindən gələni edirəm

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbasa bildirib ki, rəsmi Qahirə Qəzza zolağında atəşkəsə nail olmaq üçün mümkün olan bütün səyləri göstərir.
 
Bu barədə “Report” EFE agentliyinə istinadən xəbər verir.
 
"Misir dincliyə, atəşkəsə və Qəzza zolağına humanitar girişə nail olmaq üçün əlindən gələni edir", - agentlik əs-Sisi Dəftərxanasının məlumatından sitat gətirir.
 
Bundan əlavə, Misir Prezidentinin sözlərinə görə, Qahirə, Fələstin xalqının 1967-ci il sərhədləri daxilində və beynəlxalq səviyyədə tanınmış normalara uyğun olaraq müstəqil dövlət qurmaq üçün qanuni hüququnun qorunması üzərində işini davam etdirir.
 
Əs-Sisi, həmçinin Yaxın Şərqdəki zorakılığa son qoymaq və bölgənin inkişafı, bərpası və yenidən qurulmasına diqqət yetirmək üçün siyasi iradə göstərməyə çağırıb. "Müharibənin getdiyi, insanların evlərini tərk etmək məcburiyyətində qaldığı, aclıq və xəstəlik olduğu çətinliklərlə üzləşmək üçün ciddi addımlar atmaq mümkün deyil", - o əlavə edib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər