04:23
23°C
Bakı
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov Əmmanın meri Yusuf Əl-Şavarbe ilə görüşüb.
Moderator.az şəhər meriyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər iki ölkənin paytaxtları arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Səfir Səlimov Əmmanın inkişaf səviyyəsini yüksək qiymətləndirib və Azərbaycan hökumətinin İordaniya ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti ilə Əmman bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.