İspaniyada daşqın nəticəsində ölənlərin sayı artıb
Dünya
1533
03 Nov 2024 | 21:40

İspaniyada daşqın nəticəsində ölənlərin sayı artıb

İspaniyada daşqın qurbanlarının sayı 214 nəfərə çatıb.
 
Bu barədə "Reuters" məlumat yayıb.
 
Baş nazir Pedro Sançes bildirib ki, onlarla sakin itkin düşüb. O, hökumətin artıq hadisə yerində olan 2.5 min əsgərdən əlavə fəsadların aradan qaldırılması və axtarışlar üçünm daha 5 min əsgər göndərildiyini bildirib.
 
Xatırladaq ki, oktyabrın 29-da İspaniyanı "Dana" qasırğası vurub. Cəmi bir neçə saat ərzində bir neçə əyalətə iki illik normaya uyğun həcmdə yağıntı düşüb.
Link kopyalandı!
Son xəbərlər