1582
03 Nov 2024 | 20:03

"Ukraynada hər iki tərəf savaşdan yorulub" - Hakan Fidan

"Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır..."
 
Rusiyanın Ukraynaya qarşı müharibəsində hər iki tərəf münaqişədən yorulub və bu, növbəti ildə "yeni vəziyyətin" yaranmasına gətirib çıxara bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Hürriyet" qəzetinə müsahibəsində bəyan edib.
 
"Hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyət yarada bilər. Görək, vəziyyət necə inkişaf edəcək", - o, deyib.
 
Hakan Fidan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında təmas nöqtələrinin axtarışını davam etdirir, bu zaman hər iki tərəf bu münaqişədə uduzmaq istəmir.
 
O, əlavə edib ki, Türkiyənin "münaqişənin hər iki tərəfi ilə xüsusi münasibətləri var" və ölkəmiz hər iki tərəfi eyni dərəcədə dinləyir, bu zaman "acı həqiqəti" səsləndirməyə hazırdır.
 
"Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır", - Türkiyə XİN rəhbəri vurğulayıb.
 
Ukraynada müharibənin sonu-xəbərlər
 
Bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın Qələbə planının tam və tez bir zamanda həyata keçirilməsi şərtilə müharibəni 2025-ci ildə başa çatdırmaq şansları hələ də qalmaqdadır.
 
Bu zaman "The New York Times" nəşrinin yazdığına görə, amerikalı hərbçi və kəşfiyyatçıların fikrincə, Ukraynanın hələ 6-12 ay ərzində döyüşməsi üçün əsgərləri yetərlidir. Bundan sonra canlı qüvvə sarıdan kəskin qıtlıq keçirəcək.
Link kopyalandı!
Son xəbərlər