Rusiya öz ərazisini xarabalığa çevirir - Polkovnik
Dünya
1691
03 Nov 2024 | 10:26

Rusiya öz ərazisini xarabalığa çevirir - Polkovnik

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində təşəbbüsü saxlamaqda davam edir, halbuki bu hərəkətlərin genişləndirilməsi Kremlin planlarını poza və cəbhə xəttini Rusiya ərazisinə keçirə bilər.
 
Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
 
Polkovnik bildirib ki, Rusiya Kursk vilayətinin bir hissəsini xarabalığa çevirmək üçün hər şeyi edib:
 
"Sərhədin 30 kilometr dərinliyində qətiyyən heç kim yaşamayacaq, kəndlər bərpa olunmayacaq, bu rejimdə biz silahsızlaşdırılmış zonanı təmin etmək üçün işi davam etdirməliyik".
 
O, həmçinin hesab edir ki, 600 kilometr məsafədə - Belarusdan Oskola qədər - silahsızlaşdırılmış zona genişlənməlidir, bundan sonra sırf Ukrayna ərazisində planlaşdırılan cəbhə Kreml arxitekturasını sındıracaq.
Link kopyalandı!
Son xəbərlər