Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
Dünya
1713
02 Nov 2024 | 23:35

Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır

Böyük Britaniya hökuməti Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır.
 
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph"a Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
 
"İranın nüvə proqramı heç vaxt bu günkü qədər yüksək səviyyədə olmayıb. Biz hələ də İranın nüvə silahı hazırlamasının qarşısını almağa sadiqik və lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmi daxil olmaqla, bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə hazırıq", - açıqlamada deyilir.
 
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində “snapback” proseduru BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı 2015-ci ildə qəbul olunmuş planın şərtlərinə əsasən ləğv edilmiş bütün sanksiyalarının bərpasını nəzərdə tutur.
 
Qeyd edək ki, noyabrın 1-də İranın ali liderinin müşaviri Kamal Harrazi “Al Mayadeen” telekanalına verdiyi müsahibədə İrana qarşı təhlükə yarandığı təqdirdə, ölkəsinin nüvə doktrinasını dəyişə biləcəyini bildirib. Onun sözlərinə görə, Tehranın nüvə silahı hazırlamaq üçün texniki imkanları mövcuddur, lakin bu prosesi yalnız İranın ali lideri Ayətullah Əli Xameneinin belə silahların hazırlanması, istehsalı və istifadəsinə dair qadağası dayandırır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər